Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vuruldu
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsin yekun vurulub.

Son oyun günündə daha 6 qarşılaşma baş tutub.

Günün ilk qarşılaşması Qazaxıstanda keçirilib. Burada yerli "Aktobe" klubu Gürcüstan çempionu Tiflis "Dinamo"sunu qəbul edib və 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

ÇL-in II təsnifat mərhələsinə "Sent Patriks" (İrlandiya) - "Legiya" (Polşa) matçı ilə yekun vurulub. İlk görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz bu oyunda aydınlıq gəlməli idi. Qonaqlar səfərdə 5:0 hesabı ilə qalib gələrək III təsnifat mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, dünən keçirilən 11 oyundan sonra III təsnifat mərhələsinin bəzi iştirakçıları müəyyənləşib. Həmin klubların sırasında "Valletta"nı mübarizədən kənarlaşdıran "Qarabağ" komandası da var. Son Azərbaycan çempionu III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq. Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları 29-30 iyul tarixlərində, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.




23 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları



22:30. "Styaua" (Rumıniya) - "Stromqodset" (Norveç) (İlk oyun 1:0) - 2:0
Qollar: Rapa, 72 (1:0), Stanku, 84 (2:0)

23:00. "Maribor" (Sloveniya) - "Zrinski" (Bosniya və Hersoqovina) (İlk oyun - 0:0) - 2:0
Qol: Vrşiç, 45 (1:0), İbraimi, 57 (2:0)

23:45. "Sent Patriks" (İrlandiya) - "Legiya" (Polşa) (İlk oyun - 1:1) - 0:5
Qol: Radoviç, 25 (0:1), Zuqo, 68 (0:2), Radoviç, 82 (0:3), Saqonovski, 87 (0:4), Burne, 90+2 (0:)


20:00. "Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tiflis, Gürcüstan) (İlk oyun – 1:0) - 3:0
Qollar: Antonov, 75 (1:0), Zenkoviç, 82 (2:0), Aimbetov, 90+4 (3:0)

21:00. HİK (Finlandiya) - "Rabotniçki" (Makedoniya) (İlk oyun - 0:0) - 2:1
Qollar: Lod, 22 (1:0), Moren, 26 (2:0), Vujçiç, 47 (2:1)

21:00. “Ventspils” (Latviya) - "Malmö" (İsveç) (İlk oyun - 0:0) - 0:1
Qol: Kiese Thelin, 19 (0:1)


22 iyul

20:30. “Sutyeska” (Monteneqro) – “Şerif” (Moldova) (İlk oyun -0:2) - 0:3
Qollar: Benson, 5 (0:1), Luvannor, 35 (0:2), İsa, 55 (0:3)
Qırmızı vərəqə: Vujoviç, 11 ("Sutyeska")

21:00. “Dudelanj” (Lüksemburq) – “Ludoqorets” (Bolqarıstan) – (İlk oyun – 0:4) - 1:1
Qollar: Bezçak, 51 (0:1), Turpel, 81 (1:1)

21:00. “Levadiya” (Estoniya) – ”Sparta” (Praqa, Çexiya) (İlk oyun – 0:7) - 1:1
Qollar: Mareçek, 38 (0:1), Teever, 68 (1:1)

22:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Santa Koloma” (Andorra) (İlk oyun – 1:0) - 2:0
Qollar: Zahavi, 62 (1:0), Ben Haim, 90 (2:0)

22:45. TNS (Uels) – “Slovan” (Slovakiya) (İlk oyun - 0:1) - 0:2
Qollar: Milinkoviç, 74 (0:1), 89 (0:2)

23:00. "Torşhavn" (Farer adaları) - "Partizan" (Serbiya) (İlk oyun – 0:3) - 1:3
Qollar: Vardum, 35 (1:0), Ninkoviç, 49 (1:1), Lazoviç, 75 (1:2), Qrbiç, 90+1 (1:3)

23:00. "Skenderbeu" (Albaniya) - BATE (Belarus) (İlk oyun - 0:0) - 1:1
Qollar: Oleknoviç, 28 (0:1), Radas, 67 (1:1)

23:00. "Jalqiris" (Litva) - "Dinamo" (Zaqreb, Xorvatiya) (İlk oyun – 0:2) - 0:2
Qollar: Soudani, 47 (0:1), Simuniç, 49 (0:2)

23:30. "Debrecen" (Macarıstan) - "Kliftonvill" (Şimali İrlandiya) (İlk oyun - 0:0) - 2:0
Qollar: Miheliç, 55 (1:0), Sidibe, 79 (2:0)

23:45. "Seltik" (Şotlandiya) - "Reykravik" (İslaniya) (İk oyun – 1:0) - 4:0
Qollar: Van Diyk, 13 (1:0), 20 (2:0), Pukki, 27 (3:0), 71 (4:0)

Xəbər 913 dəfə oxundu.