Fransalı müdafiəçi rəsmən "Barselona"da
"Barselona" heyətinə daha bir futbolçunu cəlb edib.

Kataloniya təmsilçisi ötən mövsüm "Valensiya"da oynayan Jeremi Matyeni transfer edib. Fransalı müdafiəçi ilə 4+1 sistemi ilə müqavilə imzalanıb. Bu transfer "Barsa"ya 20 milyon avroya başa gəlib.

J.Matyenin qiymətinin isə 50 milyon avro olduğu bildirilib.

Qeyd edək ki, 30 yaşlı J.Matye 2009-ci ildən "Valensiya"da oynayırdı.

Xəbər 866 dəfə oxundu.