"Elfsborq"un baş məşqçisi Bakıya gəlmədi
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq "Elfsborq" klubunun baş məşqçisi Klas İnqesson ölkəmizə gəlməyib.

Buna 45 yaşlı mütəxəssisə ölkəmizə gəlməsi üçün vizanın verilməməsi səbəb olub.

Omba sümüyü qırıldığı üçün əlil arabası ilə gəzən İnqesson viza almaq üçün səfirliyə gec müraciət etməsi səbəbindən "İnter"lə görüşdə komandasının yanında ola bilməyəcək. Onun köməkçiləri Yanne Mian və Peter Vetterqrenlə telefonla əlaqə saxlayacağı bildirilir.

"İnter"in mətbuat xidmətindən Qol.Az saytına verilən məlumatda "Elfsborq"un baş məşqçisi Klas İnqessonun Bakıya gəlmədiyi təsdiqlənib.

Qeyd edək ki, "İnter" - "Elfsborq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "İnter" 1:0 hesabı ilə qələbə qazanmışdı.

Xəbər 917 dəfə oxundu.