Pep Qvardiola etiraf etdi
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola komandadakı gələcək karyerası haqda danışıb.

İspaniyalı mütəxəssis yeni mövsümdə uğur qazanmayacağı təqdirdə komandadan göndəriləcəyini bildiyini etiraf edib:

"Bu sirr deyil. Uğur qazana bilməsəm, əvəzimə başqa məşqçi gətiriləcək. Ancaq mən buraya işimi görmək üçün gəldim. Tamamilə fərqli bir ölkədəyəm. Ötən mövsüm Çempionlar Liqasında Madrid "Real"ına utancverici hesabla məğlub olsaq da, uğurlu bir mövsüm keçirdik".

Son olaraq dünya çempionatı ilə bağlı fikirlərini bildirən Qvardiola belə deyib: "İspaniya bu dəfə eyni sistemlə məğlub oldu. Almaniya millisi isə qələbə qazandı. Bununla belə, İspaniya növbəti turnirdə daha yaxşı çıxış edə bilər. Amma bunu bilmək olmaz".

Xəbər 837 dəfə oxundu.