"Sumqayıt" "Dinamo" ilə heç-heçə oynadı
Yeni mövsümə hazırlığını davam etdirən "Sumqayıt" klubu Türkiyədə növbəti yoxlama matçını keçirib.

Aqil Məmmədovun komandası Gürcüstanın "Dinamo" (Batumi) klubu ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb. Sumqayıt təmsilçisinin hücumçusu Məhəmməd Qurbanov bu qarşılaşmada dubl edib. 22 yaşlı futbolçu hər iki topu penaltidən vurub.

Xatırladaq ki, ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olan "Sumqayıt" ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor" kluuna 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 830 dəfə oxundu.