Balotelli "Arsenal"dan yüksək maaş tələb edir
"Arsenal" klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

London təmsilçisi "Milan"ın forvardı Mario Balotellini heyətinə qatmağı planlaşdırır.

Lakin Qana əsilli italiyalı futbolçu "Arsenal"dan yüksək maaş tələb edib. Balotelinin illik 6.3 milyon avro maaş tələb etməsi "topçular"ı narazı salıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu "Milan"da ilinə 4 milyon avro qazanır.

Xəbər 820 dəfə oxundu.