"Zalsburq"un baş məşqçisi Bakıda
Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adi Hütter Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin oyununu izləmək üçün Bakıya gəlib.

43 yaşlı mütəxəssis bu axşam keçiriləcək "Qarabağ" - "Valletta" matçını stadiondan canlı izləyəcək.

"Qarabağ" klubunun mətbuat xidmətindən Qol.Az-a məlumatı təsdiqləyiblər.

Hütter paytaxtımıza tək gəlməyib. Zalsburq klubunun rəsmi saytının video-analitiki Riçard Kitsbixler də Bakıdadır.

Qeyd edək ki, "Qarabağ" - "Valletta" oyunu bu gün, saat 21:30-da başlayacaq.

Xəbər 798 dəfə oxundu.