"Atletiko"da yeni müqavilə
"Atletiko" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Madrid təmsilçisi Tiaqo Mendeslə müqaviləni iki il müddətinə uzadıb. Bununla da 33 yaşlı oyunçu 2015/2016 mövsümünün sonuna qədər "Atletiko"da çıxış edəcək.

Xatırladaq ki, "Atletiko" bundan əvvəl Qabi, Xuanfran, Koke ilə müqavilənin müddətini uzadıb.

Xəbər 770 dəfə oxundu.