Dik Advokat Serbiya millisinin baş məşqçisi təyin edildi
Serbiya millisində yeni baş məşqçi təyinatı gerçəkləşib.

Serbiya Futbol Federasiyası Dik Advokatla iki il müddətinə müqavilə imzalayıb. Müqavilə bu il avqustun 1-dən qüvvəyə minəcək. Sənədə əsasən, D.Advokat "Avro-2016"nın sonuna qədər Serbiya millisində işləyəcək.

Qeyd edək ki, D.Advokat ötən mövsüm "Az Alkmaar"ı çalışdırıb.

Xəbər 866 dəfə oxundu.