Millimizin rəqibləri bəlli oldu
2015-ci ildə Portuqaliyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası İspaniya, Çexiya və Bolqarıstan yığmaları ilə birgə C qrupunda mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları sentyabrın 4-dən 14-dək İtaliyada keçiriləcək.

Xəbər 807 dəfə oxundu.