Gənc qızlar Avropa birinciliyində
İtaliyanın Assisi şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə start verilib. Turnirdə 26 ölkənin 100 idmançısı mübarizə aparır. Azərbaycan milli komandası gənclərin yarışında 3 boksçu ilə təmsil olunur: Aliyə Vəlizadə (54 kq), Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (81 kq). Boksçularımızdan ilk olaraq bu gün Vəlizadə rinqə çıxacaq. Həmyerlimiz Bakı vaxtı ilə saat 22.15-də 18 final mərhələsində rusiyalı Stefani Sultanova ilə qarşılaşacaq. Məryəm Cəbrayılova iyulun 23-də irlandiyalı Kiara Şheediylə, Alina Hacıyeva isə iyulun 26-da ukraynalı Anastasiya Stankeviçlə üz-üzə gələcək. Qeyd edək ki, seçmə komandamız Avropa birinciliyindən 10 gün öncə İtaliyaya yollanaraq, orada İrlandiya, Hollandiya, Belçika, və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edib. Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq. Yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edir.

Xəbər 1106 dəfə oxundu.