Şəhriyar Məmmədyarov Cəbəllütariqə yollanacaq

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun 2012-ci ildə qatılacağı yarışlardan daha biri müəyyənləşib. Təmsilçimiz yanvarın 23-dən fevralın 2-dək Cəbəllütariqdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
“Caleta Hotel”də baş tutacaq yarışda artıq Məmmədyarovla yanaşı, 25 güclü qrossmeyster iştirakını təsdiqləyib. Onlar arasında Petr Svedler, Maykl Admas, Le Kuanq Lyem, Maksim Vaşye-Laqrav, Aleksey Şirov və Zoltan Almaşi kimi məşhurlar da var. Mükafat fondu 155 min funt-sterlinq olan yarışın son qalibi Vasili İvançukdur.

Xəbər 1006 dəfə oxundu.