Kloze futbolçu karyerasını başa vurur



Almaniya millisinin və “Latsio” klubunun hücumçusu Miroslav Kloze gələn il futbolçu karyerasını başa vuracağını açıqlayıb.

“Bild” qəzetinə açıqlama verən təcrübəli futbolçu 2015-ci ildə futbolu buraxacağını deyib.

Almaniya millisi ilə DÇ-2014-ün qalibi və dünya çempionatlarının final mərhələlərində ən çox qolun müəllifi olan (16 qol) 36 yaşlı hücumçu yeni mövsümün sonu “Latsio”da karyerasını bitiricək.

Qeyd edək ki, 2004/2007-ci illər “Verder”, 2007/2011- ci illər “Bavariya”nın formasını geyən Kloze “Latsio”da çıxdığı 99 matçda 40 qol vurub.

Xəbər 804 dəfə oxundu.