“Neftçi”nin rəqibi qələbə ilə başladı
Ötən gün futbol üzrə Sloveniya çempionatında yeni mövsümə start verilib.

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Koper" ölkə çempionatının ilk turunda "Radomlje" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

“Koper”İn qollarını İvetiç və Ştromayer vurub

Xatırladaq ki, "Neftçi" və "Koper" arasında Bakıda keçirilən ilk oyunda Sloveniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab görüşü isə iyulun 24-də oynanılacaq.

Xəbər 793 dəfə oxundu.