“Lokomotiv”dən asan qələbə

Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın II təsnifat mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, sonuncu oyun günündə Azərbaycan klublarından “Lokomotiv” qüvvəsini sınayıb.
Macarıstanın “Vaşaş” klubunu qəbul edən “dəmiryolçular” üçün bu oyun elə də çətin keçməyib. Budapeşt təmsilçisini səfərdə 3:0 hesabı ilə məğlub edən Draqutin Baltiçin komandası, Bakıda da eyni uğuru təkrarlayıblar.
Beləliklə, hər 2 matçda qələbə qazanan “Lokomotiv” “Bakı”nın ardınca “Çelenc Cup”da 1/16 final mərhələsinə yüksəlib.

8 dekabr

“Çelenc Cup”
II təsnifat mərhələsi

Cavab matçı
“LOKOMOTİV” (AZƏRBAYCAN) – “VAŞAŞ” (MACARISTAN) - 3:0 (25:22, 25:11, 25:18)
Hakimlər: Alim Batyuk (Ukrayna), Cihat Firincioğlu (Türkiyə)

Xəbər 1165 dəfə oxundu.