“Simurq” “Makkabi”yə uduzdu
Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada davam etdirən “Simurq” növbəti yoxlama oyununa çıxıb.

Georgi Çixradzenin rəhbərlik etdiyi komanda İsrailin “Makkabi” (Hayfa) klubu ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Zaqatala təmsilçisi daha dörd yoxlama oyunu keçirməyi planlaşdırır.


20 iyul

Yoxlama oyunu

"Simurq" (Azərbaycan) - "Makkabi" (Hayfa, İsrail) - 0:2

Xəbər 909 dəfə oxundu.