Pirlo "Yuventus"u "Real"a dəyişə bilər
"Yuventus" klubunun yarımmüdafiəçisi Andrea Pirlonun komandadan ayrılacağı iddia olunur.

Buna Massimiliano Alleqrinin Turin təmsilçisinə baş məşqçi təyin olunmasıdır.

Daha öncə "Milan" çalışan tərəflər arasında yaşanan problem səbəbindən Pirlo "Yuventus"a transfer olunmuşdu. Alleqrinin "Yuventus"a gəlişi isə Pirlonun komandadan gedəcəyi iddialarını gücləndirib.

35 yaşlı futbolçu ilə "Real" (Madrid) klubu yaxından maraqlanır. Lakin təcrübəli futbolçunun yeni mövsümdən karyerasını hansı komandada davam etdirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, ötən mövsüm "Milan"ın heyətində 30 oyuna çıxan Pirlo 4 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 924 dəfə oxundu.