Marat İzmaylovun yeni klubu rəsmən müəyyənləşdi
"Portu"nun yarımmüdafiəçisi Marat İzmaylov karyerasını Rusiyanın "Krasnodar" klubunda davam etdirəcək.

Rusiyalı futbolçu yenidən icarəyə verilib.

31 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Lakin sonradan İzmaylovla müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlinib.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısında "Qəbələ"də icarə əsasında çıxış edən Marat İzmaylov keçirdiyi 15 oyunda 2 qola imza atıb.

Xəbər 857 dəfə oxundu.