İspaniya futbolunda qalmaqal
İspaniya futbolunda hökm sürən maliyyə böhranı futbolçuları və klubları çətin vəziyətə salıb.

İspaniya futbol liqalarında forma geyinən 194 futbolçu maaş almadıqları üçün Peşəkar Futbol Liqasına şikayət ediblər.

İspaniya peşəkar liqalarında çıxış edən futbolçuların üzvü olduqları İspaniya Futbolçular Dərnəyi (AFE) oyunçuların şikayətindən sonra hərəkətə keçib. AFE maaşlarının ödənilməməsi ilə bağlı İspaniya Peşəkar Futbol Liqasına müraciət edib.

AFE-dən verilən açıqlamada futbolçularına maaşlarını ödəməyən klublardan 18-nin La Liqa və ikinci liqa (Adelante) təmsilçisi olduğu bildirilib. Klubların futbolçularına ümumilikdə 22 milyon 839 min 33 avro borcu olduğu iddia edilir.

İspaniya Peşəkar Futbol Liqasının qaydalarına əsasən klublar borclarını avqustun 31-dək ödəməlidirlər. Əks təqdirdə həmin klubları ciddi sanksiyalar gözləyir.

Xəbər 894 dəfə oxundu.