Toni Kroos "Real"da | |
"Real" Toni Kroosun transferini tamamlayıb. Madrid klubu 24 yaşlı futbolçu ilə beş illik müqavilə imzalayıb. Kroosun "Real"da illik 6 milyon avro qazanacağı bildirilib. La Liqa klubu üçün bu transfer Kroosun ötən mövsüm oynadığı "Bavariya"ya 30 milyon avro təzminat ödəyib. Qeyd edək ki, Almaniya millisinin şərəfini qoruyan T.Kroos DÇ-2014-də yaxşı oyunu ilə yadda qalıb. |
|
Xəbər 817 dəfə oxundu. |
|
|