"Qəbələ"nin bütün rəqibləri müəyyənləşdi
Hollandiyanın Arnem bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ"nin toplanış çərçivəsində sınaq oyunlarında qarşılaşacağı bütün rəqibləri müəyyənləşib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" aşağıdakı komandalarla qüvvəsini sınayacaq:

17 iyul - "AFC Arnem" (Hollandiya)
20 iyuı - "AZ Alkmaar" (Hollandiya)
23 iyul - "Konyaspor" (Türkiyə)
26 iyul - "Heerenven" (Hollandiya)

Xatırladaq ki, "Qəbələ" iyulun 27-i Hollandiya toplanışını yekunlaşdıraraq vətənə dönəcək.

Xəbər 822 dəfə oxundu.