"Barselona"nın futbolçusu sıradan çıxdı
"Barselona"nın futbolçusu Adriano Korreya Klaro sıradan çıxıb.

Mövsüm öncəsi tibbi müayinədən keçən 29 yaşlı müdafiəçinin ürəyində problem olduğu aşkarlanıb. Ürək ritmi pozulan oyunçunun müalicə olunması üçün 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, Adrianonun "Liverpul", "Napoli", Roma" klublarından birinə transfer olunacağı iddia edilir.

Xəbər 866 dəfə oxundu.