“Neftçi”nin oyununa 4 min bilet satılıb | |
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Koper" oyununa artıq 4000-dən artıq bilet satılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xatırladaq ki, biletlər matçın keçiriləcəyi 8-ci kilometr qəsəbə stadionun kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq. |
|
Xəbər 770 dəfə oxundu. |
|
|