"Roma"dan növbəti transfer
"Roma" yeni mövsüm üçün növbəti transferini edib.

"Roma" təmsilçisi Xuan Manuel İturbeni heyətinə cəlb edib. Argentinalı hücunmu ilə beş illik müqavilə imzalanıb. Bu transfer üçün "Roma" futbolçunun ötən mövsüm oynadığı "Verona"ya 22 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, İturbe yeni klubunda illik 2.5 milyon avro qazanacaq.

Xəbər 745 dəfə oxundu.