Federasiya nümayəndələri O-Ringen Akademiyasına qatılacaq
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası bütün dünyada yüksək reytinqli akademiya olan "O-Ringen Academy"də iştirak etmək üçün Beynəlxalq Federasiyadan rəsmi dəvət alıb. İdman.com.az saytı xəbər verir ki, İsveçdə 1965-ci ildən etibarən fəaliyyət göstərən və bu il öz 50 - illiyini qeyd edən O-Ringen Akademiyası səmti müəyyən etmə idman növünün həm elmi həm də praktiki tərəfdən dərindən öyrənilməsi, dünyada geniş yayılması və inkişafı məqsədini daşıyır.

Bu il İsveçin Skane şəhərində 16-26 iyulda təşkil olunacaq tədris kursları üç istiqamətdə həyata keçiriləcəkdir:

1. Xəritəçilik
2. Yarış təşkilatçılığı (hakimlik)
3. Məşqçilik Keçiriləcək tədris kursunda SMEİF-in baş katibi Zaur Seyidov və məsul katib Ülkər Həmdullayeva iştirak edəcək. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim ediləcək.

Tədris və seminarlardan əlavə bu müddət ərzində Kristianstad şəhərində "5-Days" yarışı da keçiriləcək.

Onu da qeyd etmək lazımdır ki, bu il O-Ringen Akademiyasında müxtəlif ölkələrdən 30-a yaxın federasiya nümayəndələri qatılacaq.

Xəbər 2516 dəfə oxundu.