YDÇ-2014: Cavid Feyziyev gümüş medal qazandı
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı keçirilir.

Çempionatın ilk günündə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 gümüş medalla başa vurub.

100 kq çəki dərəcəsində mübarizə aparan Cavid Feyziyev bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finala qədər güləşçimiz Çexiya, Polşa, Belarus və Rusiya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Finalda onun rəqibi Gürcüstan idmançısı olub. Ancaq Cavid rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

50 kq
1/16 final - Kənan Cəfərov - Uğur Beytekan (TUR) 2:2*

54 kq
1/8 final - Takumi Yoşimura (JPN) - Orxan Ağamalıyev 8:1

58 kq
1/16 final - Murad Allahverdiyev - Arslan Zubairov (RUS) 4:6
Təsəlliverici görüş - Murad Allahverdiyev - Franko Gruber (CRO) 4:1
Təsəlliverici görüş - Murad Allahverdiyev - Abdevali Keramat (İRİ) 4:6

63 kq
1/16 final - Albert Novak (POL) - Ülvi Qənizadə 0:8
1/8 final - Stasimir Doyçinov (BUL) - Ülvi Qənizadə 0:8
1/4 final - Arman Baqdasaryan (ARM) - Ülvi Qənizadə 4:2

100 kq
1/16 final - Cavid Feyziyev - Zdenek Klement (CZE) 8:0
1/8 final - Cavid Feyziyev - İstva Berei Lenards (ROU) 8:0
1/4 final - Cavid Feyziyev - Arsen Siçov-Bopambe (BLR) 3*:3
1/2 final - Cavid Feyziyev - Oleq Ağaxanov (RUS) 9:1
FİNAL - Zviad Pataridze (GEO) - Cavid Feyziyev 7:0

Xəbər 1065 dəfə oxundu.