"Qəbələ"nin sabiq baş məşqçisi "Trabzonspor"da
"Trabzonspor"un yeni baş məşqçisi Vahid Halilhodziçin köməkçiləri müəyyənləşib.

Səkkiz nəfərlik yeni məşqçi heyətində "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak da yer alıb.

F.Kavlak özü də "Facebook" hesabından "Trabzonspor"da işləyəcəyini təsdiqləyib.

Qeyd edək ki, F.Kavlak 2009/10 mövsümündə "Qarabağ"da köməkçi məşqçi, 2011-ci ilin noyabrından 2012-ci ilin sentyabrına qədər isə "Qəbələ"də baş məşqçi kimi fəaliyyət göstərib.

Xəbər 830 dəfə oxundu.