"Atletiko" Tibo Kurtuaya əvəzləyici tapdı
"Atletiko" (Madrid) klubu komandadan ayrılan qapıçı Tibo Kurtuaya əvəzləyici tapıb.

Madrid təmsilçisi "Benfika"nın sloveniyalı qolkiperi Yan Oblakı transfer edib.

"Land of Fire Azerbaijan" formalı komanda 21 yaşlı futbolçunun transferi üçün Portuqaliya klubuna 16 milyon avro təzminat ödəyib. Gənc qapıçı "A bola" qəzetinə açıqlamasında yeni mövsümdən İspaniya La Liqasında çıxış edəcəyi üçün çox xoşbəxt olduğunu bildirib:

"İspaniyada oynamaq uşaqlıq xəyalım idi. Bunun üçün çox şadam. "Benfika" möhtəşəm klubdur. Portuqaliyadakı illərimi unutmayacam. Klub prezidenti məni komandada saxlamaq üçün müqavilənin şərtlərini çətinləşdirdi. Ancaq mənim ilk seçimim "Atletiko" oldu".

Qeyd edək ki, ötən mövsüm "Atletiko"nun heyətində inamlı çıxışıyla diqqət çəkən Kurtua müqavilə ilə məxsus olduğu "Çelsi" klubuna qayıdıb.

Xəbər 894 dəfə oxundu.