Gənclər “Korea Open” də
11-16 iyulda Koreyanın Gyeonqju şəhərində “Korea Open” turniri keçiriləcək.Ötən gün yarışa yollanan Gənclərdən ibarət milli komandamız 8 idmançı ilə təmsil olunacaq. 43 ölkədən 1580 yaxın taekvondoçunun qatılaçağı turnirdə,millinin üzvlərindən Məhəmməd Məmmədov (-63 kq),Yusif Hüseynli (-63 kq),Əliəskər Əliyev (-68 kq),Səid Quliyev (-78 kq) qızlardan isə Çeren Özbək (-46 kq),Safiye Polat (-49 kq),Zeyvi Kərimova (-55 kq) və Gülhanım Yesildal (-59 kq) mübarizəyə qoşulacaq.

Baş məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə Koreya Respublikasına yollanan Gənclərdən ibarət milli komanda 17 iyulda vətənə dönəcək.

Xəbər 1008 dəfə oxundu.