Yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Yunan-Roma güləşi üzrə ölkə yığma komandası Olimpiya Güləş Mərkəzində hazırlıq keçir. Təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Serbiya və Norveç güləşçiləri də iştirak edir.

15 iyul 2014-cü il, saat 10:00-da Olimpiya Güləş Mərkəzində (Excelsior otelin yanı) yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçiriləcək.

Xəbər 954 dəfə oxundu.