Kloze: "Yığmada qalıb-qalmayacağımı bilmirəm"
Almaniya millisinin hücumçusu Miroslav Kloze "DÇ-2014"ün finalında Argentinanı məğlub etdikləri oyundan sonra (1:0) komandadakı gələcək karyerası haqda açıqlama verib.

FİFA-nın rəsmi saytına danışan 35 yaşlı futbolçu hələlik millidə qalıb-qalmayacağına qərar vermədiyini bildirib:

"Hələlik yığmadada qalıb-qalmayacağımı bilmirəm. Mənə bu barədə düşünmək və yekun qərarı verməyim üçün bir neçə gün lazımdır".

Qeyd edək ki, "DÇ-2014"də iki dəfə rəqib qapılarına yol tapan Kloze dünya çempionatları tarixində ən çox qol vuran (16) futbolçu adını qazanıb.

Xəbər 773 dəfə oxundu.