Di Mariya PSJ-nin təklifini rədd etdi | |
Fransanın PSJ klubu Madrid "Real"ının yarımmüdafiəçisi Anxel Di Mariyanı transfer etməyi planlaşdırır. Paris təmsilçisi artıq "Real" klubu ilə danışıqlara başlayıb. Lakin argentinalı futbolçu PSJ-nin təklifini rədd edib. "DÇ-2014"də inamlı oyunu ilə diqqət çəkən di Mariya yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamaq istədiyini bildirib. Qeyd edək ki, di Mariya ilə İngiltərənin "Mançester Yunayted" klubu yaxından maraqlanır. |
|
Xəbər 754 dəfə oxundu. |
|
|