“İqtisadçı” 1/8 finalda

“İqtisadçı” voleybol klubu dünən CEV kubokunun 1/16 final mərhələsinin cavab oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, yarışda yeganə təmsilçimiz Rumıniyanın “Dinamo-Romprest” komandasının qonağı olub. İlk matçda 3:0 hesabı ilə qələbə qazanan “İqtisadçı” səfər matçında çətinliklə də olsa, rəqibini məğlub etməyi bacarıb – 3:2. Növbəti mərhələdə
“İqtisadçı” İtaliyanın “Yamamay” klubu ilə qarşılaşacaq.

1/16 final mərhələsi, cavab matçı

7 dekabr
“Dinamo-Romprest” (Rumıniya) – “İqtisadçı” (Azərbaycan) - 2:3 (28:30, 25:22, 25:19, 14:25, 11:15)
Hakimlər: Kiril Stoyanova (Bolqarıstan), Sek Jacek (Polşa)

Xəbər 975 dəfə oxundu.