"Dünya çempionluğunu bayram etməyə taqətim yoxdur"
Almaniya millisinin futbolçusu Mats Hummels "DÇ-2014"ün finalında Argentinaya qalib gələrək dünya kubokunu qazandıqları oyundan (1:0) sonra açıqlama verib.

Dünya çempionu olduqları üçün çox sevindiyi deyən 25 yaşlı müdafiəçi bildirib ki, fiziki cəhətdən çox yorulub:

"Sanki başqa planetdəyəm. Ancaq bu çempionluğu bayram etməyə belə taqətim yoxdur. Dünya çempionu adını yalnız komanda olaraq oynadığınız zaman qazanmaq mümkündür. Bunu hər kəs bilsin! Finalda bir az şansa ehtiyacımız var idi. Penaltilər seriyasına da hazır idik".

Xəbər 773 dəfə oxundu.