"Neftçi" - "Koper" matçının biletləri satışda
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" matçının biletləri sabah satışa çıxarılacaq.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlər biletləri sabah, saat 12:00-dan etibarən 8-ci km qəsəbə stadionunun kassalarından ala biləcəklər.

Adi biletlərin qiyməti bir (1), VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq.

Qeyd edək ki, "Neftçi" - "Koper" oyunu iyulun 17-də, saat 20:00-da başlayacaq.

Xəbər 974 dəfə oxundu.