“Azərreyl” bu dəfə güclü rəqibinə qalib gəldi

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Avropa Çempionlar Liqasında 2-ci matçda da qalib gəlib. İdman.com.az saytı xəbər verir ki, 3 illik fasilədən sonra dünən doğma divarlar arasında ilk oyununa çıxan “dəmiryolçular”, Bakı İdman Sarayında İtaliyanın güclü komandalarından sayılan “Foppapedretti”ni qəbul edib. Buna qədər sözü gedən yarışda 4 dəfə Berqamo şəhərinin təmsilçisi ilə qarşılaşan “Azərreyl”, bütün görüşlərdə məğlub olmuşdu. Amma 5-ci matçda Bakı klubu qalib gəlməyi bacarıb. Üstün oyun nümayiş etdirən voleybolçularımız 3:1 hesabı ilə seviniblər.

Çempionlar Liqası
Qrup mərhələsi

7 dekabr
II tur

“D” qruppu

“Azərreyl” (Azərbaycan) – “Fappapedretti” (İtaliya) - 3:1 (25:15, 25:19, 22:25, 25:22)
Hakimlər: Viktor Markov (Rusiya), Yuri Bakunoviç (Belarus)

Xəbər 1110 dəfə oxundu.