Səmədov Çingiz Oruc oğlu
Səmədov Çingiz Oruc oğlu 18 mart 1952-ci ildə Bakı şəhərində anadan olub.

1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1969-cu ildən məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Müxtəlif illərdə idman təşkilatlarında aparıcı mütəxəssis və rəhbər vəzifələrdə işləyib. 1997-ci ilin iyul ayından Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini vəzifəsində çalışır. Onun idman növləri üzrə tədris proqramlarının hazırlanmasında, yarışların təşkili və keçirilməsində, eləcə də yüksək dərəcəli idmançıların hazırlanmasında xüsusi xidmətləri var. Azərbaycan Respublikasının "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", Respublika dərəcəli hakim fəxri adlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1549 dəfə oxundu.