Karlo Ançelottinin yeni köməkçisi bəlli oldu
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelottinin yeni köməkçisi müəyyənləşib.

Bu, "Real"ın və İspaniya millisinin sabiq üzvü Fernando Hierrodur.

1989-2003-cü illərdə Madrid klubunun şərəfini qoruyan Kannavaro yeni mövsümdən Ançelottinin köməkçisi vəzifəsində çalışacaq. O, bu postda Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidanı əvəzləyəcək.

Qeyd edək ki, Zidanın yeni mövsümdən "Real"ın ikinci komandası "Kastilya"nı çalışdıracağı gözlənilir.

Xəbər 901 dəfə oxundu.