Romero: "Argentina dünya çempionu olmağa layiqdir"
"Penaltilər seriyasında şanslı olan komanda qələbə qazanır. Özümə çox güvənirdim. Rəqibin iki futbolçusunun zərbəsini dəf edərək komandamın finala yüksəlməsində pay sahibi olduğum üçün çox sevinirəm. Sabahdan final matçının hazıqlıqlarına başlayacağıq".

Bu sözləri Argentina millisinin qapıçısı Serxio Romero "DÇ-2014"də Hollandiya ilə oyundan sonra deyib.

O, finalda da qalib gələrək dünya kubokunu qazanmağa çalışacaqlarını bildirib: "Bu komanda dünya çempionu adını qazanmağa layiqdir. Çox vaxt yarımfinalda uduzurduq. Bu dəfə finala qədər yüksəldik. Artıq kuboku da qazanmalıyıq".

Xəbər 771 dəfə oxundu.