Messi: "Bir addım qaldı"
Argentina millisinin futbolçusu Lionel Messi "DÇ-2014"ün yarımfinalında Hollandiyaya qalib gəldikləri matç haqda danışıb.

"İnstaqram" hesabından fikirlərini bölüşən 27 yaşlı hücumçu bunları deyib:

"Dopinq testinə çağırılmışam. Buna görə də dostlarımla qələbəmizi qeyd edə bilmirəm. Bu komandanın bir parçası olduğum üçün qürur hissi keçirirəm.

Komanda yoldaşlarımın hər biri fenomendir. Artıq finaldayıq. Bütün Argentina xalqı bu uğurumuzu qeyd etməlidir. Dünya kubokunu qazanmağa artıq bir addım qaldı".

Xəbər 815 dəfə oxundu.