Pele: "Braziliya 4 il sonra çempion olacaq"
Braziliya futbolunun canlı əfsanəsi Pele yığmasının "DÇ-2014"ün yarımfinalında məğlub olduğu Almaniya ilə oyununu şərh edib.

Pele "tvitter" sosial şəbəkəsindəki səhifəsində Braziliyanın 4 ildən sonra dünya çempionu olacağını yazıb:

"Hər zaman deyirəm, futbol sürprizlərlə dolu qutudur. Dünyada heç kəs hesabın belə böyük olacağını deyə bilməzdi. Bununla belə, 4 il sonra Rusiyada altıncı dəfə dünya çempionu olacağıq. Almaniya millisini təbrik edirəm".

Qeyd edək ki, dünya çempionatının yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzan Braziliya iyulun 12-də üçüncü yer uğrunda mübarizə aparacaq.

Xəbər 809 dəfə oxundu.