Klozedən tarixi rekord
Almaniya millisinin hücumçusu Miroslav Kloze daha bir rekorda imza atıb.

Hazırda DÇ-2014-ün yarımfinalında Braziliyaya qarşı keçirilən oyunda komandasının ikinci qolunun müəllifi Kloze dünya çempionatları final mərhələlərinin tarixində ən çox qol vuran futbolçu olub.

O, 16-cı qolunu vurmaqla 15 dəfə fərqlənən braziliyalı Ronaldonun rekordunu yeniləyib.

Xəbər 803 dəfə oxundu.