Kloze: “Sanki məşq edirdik”
“Mən hələ də nə baş verdiyini anlaya bilmirəm. Hətta nə deyəcəyimi də bilmirəm. Biz həqiqətən də əla oynadıq”.

Bu sözləri Almaniya millsinin futbolçusu Miroslav Kloze Braziliya ilə oyundan (7:1) sonra FİFA-nən sərmi saytına açıqlamasında deyib.

Təcrübəli hücumçu çox asan qələbə qazandıqlarını bildirib: “Oyuna çox yaxşı başladıq. İlk dəqiqələrdən bütün üstünlüyü ələ keçirdik. Sanki məşq edirdik”.

Xatırladaq ki, komandasının ikinci qolunun müəllifi olan Kloze dünya çempionatları final mərhələlərinin tarixində ən çox qol vuran futbolçu olub.

“Toni Kross topu mənə ötürdü və mənim zərbəm uğurlu alındı. Buna görə çox sevincliyəm” – deyə o qeyd edib.

Xəbər 733 dəfə oxundu.