Skolari və Silva Argentina bayrağı ilə poz verdi
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari və komandanın kapitanı Tiaqo Silva DÇ-2014-ün yarımfinalında Almaniya ilə matç öncəsi etdikləri hərəkətlə diqqət çəkiblər.

Onlar qarşılaşmanın başlamasına az qalmış Argentina bayrağı ilə poz veriblər. Bununla da Skolari və Silva finalda Argentina ilə qarşılaşmaq istədiklərinə işarə vurublar.

Qeyd edək ki, Argentina yarımfinalda sabah Hollandiya yığması ilə üz-üzə gələcək.

Xəbər 889 dəfə oxundu.