Matteus: "Dünya çempionatının aşkar güclü komandası yoxdur"
Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteus "DÇ-2014" haqda maraqlı fikirlər səsləndirib.

"Marca" qəzetinə danışan Matteus dünya çempionatında aşkar güclü komandanın olmadığını bildirib:

"Almaniya millisi dünya çempionu olmağa layiqdir? Suala sualla cavab verirəm. Bu mundialda Almaniya yığmasından güclü komanda görmüsünüz? Bununla belə, düşünürəm ki, mundialın aşkar güclü komandası yoxdur.

Hollandiya İspaniya ilk oyunda yaxşı təsir bağışladı. Lakin sonradan onların oyunlarında eniş oldu. Braziliya da Kolumbiya ilə görüşün ilk hissəsində yaxşı oynasa da, fasilədən sonra üstünlüyünü əldən verdi. Almaniyaya gəlincə, biz oyunları yaxşı keçirsək də, rəqib üzərində üstünlüyümüz yoxdur".

Xəbər 976 dəfə oxundu.