Nesta: "Tiaqo Silvasız Braziliya millisinə çətin olacaq"
İtaliya millisinin və "Milan" klubunun sabiq müdafiəçisi Alessandro Nesta "DÇ-2014"ün yarımfinalında bu gecə keçiriləcək Braziliya - Almaniya oyunu haqda fikirlərini bölüşüb.

Nesta Tiaqo Silvasız Braziliya millisinə çətin olacağını bildirib:

"Tiaqo Silvanın yoxluğu Braziliya yığmasının oyununa təsirsiz ötüşməyəcək. Meydan sahiblərinin heyətində Dante kimi bir neçə ehtiyat oyunçu var. Ancaq Tiaqo Silva xarizma, ustalıq baxımından komandanın oyununa daha çox şey qatır. Buna görə T.Silvasız Braziliya millisinə çətin olacaq. Danteyə gəlincə o, "Bavariya"da oynayır və rəqib haqda çox şey bilir".

Qeyd edək ki, Braziliya - Almaniya oyunu bu gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Xəbər 912 dəfə oxundu.