Millimiz Rusiya klubunu məğlub etdi
Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası "FC CITY" klubu ilə yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 6:4 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Zeynal Zeynalov, Orxan Məmmədov, Hikmət Bağırov və Amid Nəzərov fərqlənib.

Xəbər 756 dəfə oxundu.