Prandelli rəsmən "Qalatasaray"da
Çezare Prandellinin "Qalatasaray"a keçidi rəsmiləşib.

Təcrübəli mütəxəssislə iki illik müqavilə imzalanıb. O, İstanbul təmsilçisində illlik 2 milyon 295 min avro qazanacaq. Prandelli "Cim-Bom"u ölkə çempionu edəcəyi təqdirdə, 1 milyon dollarla mükafatlandırılacaq.

Qeyd edək ki, Ç.Prandelli bu gün yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 16:00-da) mətbuata təqdim olunacaq.

Xatırladaq ki, Prandelli son olaraq İtaliya millisini çalışdırıb.

Xəbər 744 dəfə oxundu.