Eşli Koul rəsmən "Roma"da
"Çelsi"nin sabiq futbolçusu Eşli Koulun yeni klubu müəyyənləşib.

Təcrübəli oyunçu "Roma"ya transfer olunub. O, İtaliya təmsilçisiylə 2+1 sistemi ilə müqavilə imzalayıb. E.Koul "Roma"da illik 2.3 milyon avro qazanacaq.

Qeyd edək ki, 2006-ci ildən "Çelsi"də oynayan 33 yaşlı E.Koulun London klubu ilə müqaviləsi bu ilin iyununda başa çatmışdı.

Xəbər 766 dəfə oxundu.