"Hollandiyaya vuracağım qolu di Stefanoya həsr edəcəm"
Argentina millisinin hücumçusu Qonzalo İquain ötən gün səhhəti pisləşən "Real" (Madrid) klubunun əfsanəvi futbolçusu Alfredo di Stefanoya dəstək olub.

"Goal.com"a danışan İquain "DÇ-2014"ün yarımfinalında Hollandiya ilə görüşdə vuracağı qolu di Stefanoya həsr edəcəyini bildirib:

"Di Stefanoya güclü olmağı arzulayıram. Onu çox istəyirəm. Hollandiyaya qol vursam, bunu ona həsr edəcəm. Çünki di Stefano hər zaman çətin anlarımda yanımda olub".

Qeyd edək ki, 88 yaşlı di Stefano iyulun 5-dən 6-na keçən gecə ürəyindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər 791 dəfə oxundu.